Macarıstanda HƏYƏCANLI ANLAR: İsrail sərnişin təyyarəsinə görə hərbi qırıcılar HAVAYA QALXDIbackend

Macarıstanda HƏYƏCANLI ANLAR: İsrail sərnişin təyyarəsinə görə hərbi qırıcılar HAVAYA QALXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan qırıcıları İsrail təyyarəsinə görə həyəcan siqnalı ilə havaya qaldırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Macarıstan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Tel-Əvivdən Praqaya uçan İsrail sərnişin təyyarəsinə görə həyəcan siqnalı ilə havaya qaldırılıb.

Macarıstanın Baş naziri Peter Maвyarın verdiyi məlumata görə, sərnişin təyyarəsinin hava hərəkətini idarə edən dispetçerlərlə əlaqəyə çıxmaması həyəcan vəziyyətinin elan olunmasına səbəb olub.

Hərbi qırıcılar sərnişin təyyarəsini Macarıstanın hava məkanını tamamilə tərk edənə qədər yaxından müşayiət ediblər.

Hadisə zamanı sərnişinlər və ekipaj üzvləri üçün hər hansı təhlükə yaranmayıb, mülki təyyarə təhlükəsiz şəkildə öz marşrutu üzrə hərəkətini davam etdirib.

Hərbi rəsmilər beynəlxalq aviasiya təhlükəsizliyi qaydalarına uyğun olaraq, rabitə əlaqəsi kəsilən bütün mülki təyyarələrə qarşı bu cür standart mühafizə prosedurlarının tətbiq edildiyini bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az