Riyaziyyat imtahanından kəsilən məktəbli İNTİHAR ETDİ – FOTObackend

Riyaziyyat imtahanından kəsilən məktəbli İNTİHAR ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ufada imtahandan “iki” alan 16 yaşlı məktəbli 27-ci mərtəbədən özünü atıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Ufa şəhərində imtahan nəticələrinə görə növbəti intihar hadisəsi baş verib. 16 yaşlı məktəbli riyaziyyat fənni üzrə keçirilən Əsas Dövlət İmtahanından qeyri-kafi qiymət (“iki”) aldıqdan sonra yaşadığı çoxmərtəbəli binanın 27-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Yeniyetmənin meyiti binanın pəncərələrinin altında, əzilmiş avtomobilin yanında aşkar edilib.

Məktəblinin anasının sözlərinə görə, oğlu imtahandan aldığı zəif qiyməti çox ağır qəbul edib və buna görə həddindən artıq sarsılıb.

Hadisə yerinə dərhal hüquq-mühafizə və istintaq qrupları cəlb olunub.

Rusiya İstintaq Komitəsinin Başqırdıstan üzrə idarəsi tərəfindən faktla bağlı araşdırmalara başlanılıb.

Baş vermiş bu dəhşətli faciənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az