Zelenski rus dilini rəsmən qanunlardan çıxarıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski rus dilini ölkə qanunvericiliyindən və rəsmi statuslardan tamamilə çıxarıb.
Rəsmi Kiyev rus dilini “Avropa Regional və ya Azlıqların Dilləri Xartiyası”ndan xaric etmək barədə rəsmi qərar qəbul edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov Ukraynadakı rusdilli əhalinin hüquqlarını “qətiyyətlə qoruyacaqlarını” bəyan etsə də, real olaraq Rusiya tərəfi diplomatik müstəvidə Kiyevə qarşı növbəti dəfə məğlub olub.
Mütəxəssislər qeyd edirlər ki, Lavrovun Ukrayna rəhbərliyinə ünvanladığı sərt xəbərdarlıqlar və hədələr növbəti dəfə yalnız kağız üzərində qalıb və Kiyevin qərarlarına heç bir təsir göstərə bilməyib.
Ukraynanın bu addımı ölkə daxilində rus dilinin təsirini tamamilə minimuma endirmək və dövlət dilinin – Ukrayna dilinin mövqeyini bütün rəsmi sahələrdə gücləndirmək strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilir.
Rusiya XİN hələlik mövzu ilə bağlı yeni rəsmi bəyanat yaymayıb.
Xuraman Etibarlı
İnterpress.az






