1. Çox sevdiyiniz gümüş aksesuarlarınız qaralıbsa, narahat olmağa heç ehtiyac yoxdur. Çünki gümüşlərinizi əvvəlki halına qaytarmaq üçün çox sadə üsul var.
Qaralmış gümüşləri diş pastası ilə ovsanız, qısa müddətdə əvvəlki kimi parıldayacaq.
2. Əlinizə hopmuş soğan və sarımsaq qoxusundan xilas olmaq üçün qabığını soyduğunuz bir kartof ilə əllərinizi ovuşdurun. Qoxu qalmayacaq.
3. Bişmiş yumurtanın qabığını daha asan soymaq üçün bişdikdən sonra buzlu suya qoyub, qısa müddət gözləyin. Daha asan soyulduğunu görəcəksiniz.
4. Bananın daha uzun müddət rəngini dəyişmədən qalmasını istəyirsinizsə, qapalı saxlaya bilərsiniz.
5. Kartofların cücərməməsi üçün onların yanına 1 ədəd alma qoyun. Alma kartofun cücərməsinin qarşısını alacaqdır.
6. Yumurtanın təzə olub-olmadığını bilmək üçün kiçik bir test edə bilərsiniz. Su dolu qabın içinə qoyduğunuz yumurtalar suyun dibinə batırsa, təzədir.
7. Limonun qabığını atmayın və qabyuyan maşına yerləşdirin. Qabların gözəl ətri olacaq.
8. Tomat pastasının kiflənməsinin qarşısını almaq istəyirsinizsə, üstünə bir az duru yağ əlavə edin. Bu üsulla tomatı uzun müddət xarab olmadan saxlaya bilərsiniz.
9. Salat hazırlayarkən göyərtinin vitaminini itirməməsi üçün onu bıçaqla yox, əllə kiçik hissələrə bölün.
İnterpress.az