Diqqət: əllə yeyilir- sobada toyuq budlarıbackend

Diqqət: əllə yeyilir- sobada toyuq budları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

6 ədəd toyuq budu
10 ədəd göbələk
3 ədəd katof
200 qr gül kələm
1 x.q. kərə yağı
2 x.q. bitki yağı
1 st. toyuq bulyonu
1 ç.q. paprika
2 x.q. limon qabığı
2 diş əzilmiş sarımsaq
1 x.q. limon suyu
1 budaq rozmarin
Duz, istiot

Hazırlanması:

Toyuq budlarını iri bir pakete qoyun, üzərinə 1x.q. bitki yağı, rozmarin, duz, istiot, paprika, limon suyu, limon qabığı, əzilmiş sarımsaq əlavə edib yaxşıca qarışdırın.
Marinad olunmuş budları 1 saatlıq soyuducuya yerləşdirin.
Forma kərə və bitki yağı əlavə edin, bir qədər qızdırın.
Gül kələmi bir qədər duzlu suda pörtlədin.
Daha sonra formaya marinad edilmiş budları düzüb 170 dərəcədə bişirin.
Ayrıca tavada bütöv kartofu, göbələyi və gül kələmi qızardın.
Hazır budları qızarmış tərəvəzlərlə servis edin.

İnterpress.az