Bağlı avtomobildə günvurmadan komaya düşən 7 yaşlı uşaq xəstəxanada ÖLDÜbackend

Bağlı avtomobildə günvurmadan komaya düşən 7 yaşlı uşaq xəstəxanada ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kuzbassda bağlı avtomobildə anası tərəfindən 3 saat tək qoyulan və komaya düşən 7 yaşlı uşaq vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Kuzbass vilayətinin Taştaqol şəhərində anasının bağlı avtomobildə tək qoyduğu və aldığı ağır günvurma nəticəsində komaya düşən 7 yaşlı azyaşlı xəstəxanada dünyasını dəyişib. Bu barədə məlumatı regionun fövqəladə hallar və operativ xidmətləri açıqlayıb.

Həkimlərin reanimasiya şöbəsində uşağın həyatını xilas etmək üçün apardıqları intensiv müalicə tədbirləri təəssüf ki, heç bir nəticə verməyib.

Xatırladaq ki, hadisə bir neçə gün əvvəl baş vermişdi. Məsuliyyətsiz ana oğlunu pəncərələri tamamilə bağlı olan avtomobildə tək buraxaraq təxminən üç saatlığa uzaqlaşmışdı.

Uşaq qapalı maşında havasız qaldığı üçün huşsuz vəziyyətdə aşkarlanaraq klinikaya çatdırılmışdı.

Bundan əvvəl ana barəsində “təhlükədə qoyma” maddəsi ilə cinayət işi açılsa da, uşağın vəfat etməsindən sonra maddənin daha ağır maddəyə – “ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsinə dəyişdiriləcəyi gözlənilir.

Qadını artıq daha uzunmüddətli azadlıqdan məhrumetmə cəzası gözləyir. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az