Rezin qayıqla gəzintiyə çıxan ər-arvad İTKİN DÜŞDÜbackend

Rezin qayıqla gəzintiyə çıxan ər-arvad İTKİN DÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnoyarskda rezin qayıqla gəzintiyə çıxan ər-arvad itkin düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın Krasnoyarsk diyarının İrbey rayonunda çayda rezin qayıqla gəzintiyə çıxan ər-arvad itkin düşüb.

Agul çayı sahilində axtarışlar zamanı itkin düşmüş cütlüyün boş qayıqları və sahildə ətrafa səpələnmiş şəxsi əşyaları aşkarlanıb, lakin onların özlərini tapmaq hələlik mümkün olmayıb.

İtkin düşənlərin Krasnoyarsk şəhərindən gələn 43 yaşlı kişi və onun 45 yaşlı həyat yoldaşı olduğu, onların hər ikisinin eyni logistika şirkətində çalışdıqları bildirilir.

Cütlük iyunun 20-də Agul çayında iki qayıqla gəzintiyə çıxıb; qayıqlardan birində özləri, digərində isə şəxsi əşyaları olub. Onların əlaqəyə çıxmaması səbəbindən yaxınları həyəcan təbili çalıb və polisə müraciət ediblər.

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, dalğıclar, polis və İstintaq Komitəsinin müstəntiqləri fəaliyyət göstərirlər.

Xilasedicilər artıq 58 kilometrlik sahil xəttini piyada və qayıqlarla yoxlayıb, həmçinin xüsusi exo-lot cihazı vasitəsilə çayın dibinin təxminən 40 min kvadratmetrlik sahəsini araşdırıblar.

Faktla bağlı istintaq tədbirləri və genişmiqyaslı axtarışlar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az