İraqda irimiqyaslı ƏMƏLİYYAT: Azı 200 dövlət məmuru barəsində HƏBS QƏRARI ÇIXARILDIbackend

İraqda irimiqyaslı ƏMƏLİYYAT: Azı 200 dövlət məmuru barəsində HƏBS QƏRARI ÇIXARILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqda azı 200 dövlət məmuru barəsində həbs qərarı çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

İraqın hüquq-mühafizə orqanları ölkədə genişmiqyaslı antikorrupsiya əməliyyatları çərçivəsində rüşvətxorluq və qanunsuz maliyyə sxemlərində şübhəli bilinən azı 200 dövlət məmuru barəsində rəsmi həbs qərarı çıxarıb.

İraqın Baş nazirinin rəsmi nümayəndəsi əl-Abudi bildirib ki, bundan əvvəl aparılan əməliyyatlar zamanı 60 nəfər rəsmi şəxs artıq saxlanılıb.

Onların dindirilməsi zamanı verilən etirafedici ifadələr yeni rüşvət şəbəkələrinin, cinayətdə iştirak edən digər məmurların adlarının və gizli maliyyə köçürmələrinin ifşasına yol açıb.

Məlumata görə, hazırda bütün istintaq tədbirləri xüsusi məxfilik şəraitində həyata keçirilir. Hüquq-mühafizə orqanlarının nümayəndələri qeyd ediblər ki, bu irimiqyaslı korrupsiya işində İraq hökumətinin yüksək rütbəli və vəzifəli üzvlərinin də əli ola bilər.

Son vaxtlar rəsmi Bağdad ölkədə dövlət büdcəsinin talanması, rüşvətxorluq və qeyri-qanuni silahlı qruplaşmaların fəaliyyətinə qarşı qətiyyətli mübarizə tədbirlərini sürətlə gücləndirib.

Cinayət işi üzrə yeni həbslərin həyata keçirilməsi istiqamətində əməliyyatlar davam edir.

Xuraman Etibarlı

İnterpress.az