Sifariş məntəqəsində OĞURLUQ: “İadə” bəhanəsi ilə 20 min manatlıq mal MƏNİMSƏNİLDİbackend

Sifariş məntəqəsində OĞURLUQ: “İadə” bəhanəsi ilə 20 min manatlıq mal MƏNİMSƏNİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda sifariş təhvil məntəqəsinin əməkdaşı 20 min manatlıq mal oğurlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Dağıstan Respublikasında sifariş təhvil məntəqəsinin əməkdaşı müştərilərin mallarını saxta üsulla geri qaytarılma (iadə) kimi rəsmiləşdirərək oğurlayıb.

İstintaqın məlumatına görə, o, ümumilikdə 881 min rubl (təxminən 20 302 manat) dəyərində müxtəlif məhsulları özünə götürərək sonradan fərdi qaydada digər şəxslərə satıb.

Məhkəmənin qərarı ilə cinayəti törədən əməkdaşa 2 il müddətinə şərti həbs cəzası verilib.

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib və zərərçəkmiş tərəfə dəymiş maddi ziyanı qismən ödəyib.

Məhkəmə onun peşmanlığını və ziyanı kompensasiya etməsini nəzərə alaraq, real həbs cəzasını şərti cəza ilə əvəzləyib.

Bununla belə, ona müəyyən müddətə maddi məsuliyyəti olan vəzifələrdə çalışmaq rəsmən qadağan edilib.

Xuraman Etibarlı

İnterpress.az