Altayda təbiət MÖCÜZƏSİ: Göl sahilində “sərxoş” kəpənək buludu YARANIB – FOTObackend

Altayda təbiət MÖCÜZƏSİ: Göl sahilində “sərxoş” kəpənək buludu YARANIB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Altaydakı bir gölün sahilində ağ “sərxoş” kəpənək buludu peyda olub.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın Altay Biosfer Qoruğunun əməkdaşları Teletskoye gölünün sahillərində yemişan ağ kəpənəklərinin kütləvi uçuşunu və qeyri-adi davranışını qeydə alıblar.

Bioloji elmlər doktoru Oleq Kosterin bildirib ki, yerli iqlim şəraiti bu həşəratlar üçün olduqca əlverişlidir və bu səbəbdən onların sayı həddindən artıq çoxdur.

Maraqlıdır ki, mineral duzları toplamaq məqsədilə rütubətli torpağa əsasən erkək kəpənəklər toplaşırlar.

Alimin sözlərinə görə, belə nəhəng qruplarda toplaşan erkək kəpənəklər tədricən hərəkətsizləşərək süstləşirlər. Buna səbəb erkək kəpənəklərin digər erkəklərin qoxusuna doğru can atmasıdır.

Onların sayı həddindən artıq çox olduqda, yığılan kollektiv qoxu heyvanlar üçün hədsiz güclü stimula çevrilir. Və kəpənəklər bu kəskin qoxunun təsirindən bir növ sərxoşluq vəziyyətinə düşərək uçmaq qabiliyyətini müvəqqəti olaraq tamamilə itirirlər.

Hadisə bölgəyə gələn çoxsaylı turistlərin və təbiətşünasların böyük marağına səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az