Meksikada qeyri-adi NİKAH: Şəhər meri timsahla EVLƏNDİ – VİDEObackend

Meksikada qeyri-adi NİKAH: Şəhər meri timsahla EVLƏNDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada qeyri-adi nikah: Şəhər meri rəmzi olaraq dişi timsahla evlənib

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Meksikanın San Pedro Huamelula şəhərinin meri Daniel Qutyerres növbəti dəfə qeyri-adi toy mərasimində iştirak edib. O, rəmzi olaraq dişi kayman timsahı ilə nikaha daxil olub.

Oaxaka ştatının ən məşhur adət-ənənələrindən sayılan və 230 ildən çox tarixi olan bu ritual yerli sakinlər üçün mühüm əhəmiyyət kəsb edir. İnanclara görə, bu rəmzi izdivac icmaya bol məhsul, zəngin balıq ovu və ümumi rifah gətirir.

Mərasimdən əvvəl reptiliyaya ağ gəlinlik donu geyindirilir və o, musiqiçilərin, rəqqasların müşayiəti ilə şəhər küçələrində gəzdirilir.

Bu ayin bölgənin iki qədim yerli xalqı arasında illərlə davam edən qanlı qarşıdurmaya son qoyan qədim sülh ittifaqını simvolizə edir.

Təhlükəsizlik məqsədilə timsahın insanları dişləməməsi üçün onun ağzı mərasim zamanı möhkəm bağlanır.

Mer Daniel Qutyerres bildirib ki, bu ənənəni yaşatmaq həm yerli mədəniyyətə hörmətin, həm də təbiətlə insan arasında harmoniyanın qorunmasının göstəricisidir.

Qeyri-adi toy mərasimi hər il həm yerli əhali, həm də xarici turistlər tərəfindən böyük maraqla qarşılanır.

Xuraman Etibarlı

İnterpress.az