“Mənimlə bağlı probleminiz var?” – Tramp özünü həkim kimi TƏQDİM ETDİ – VİDEObackend

“Mənimlə bağlı probleminiz var?” – Tramp özünü həkim kimi TƏQDİM ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Tramp süni intellektlə hazırlanmış qeyri-adi video paylaşıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp özünün rəsmi sosial şəbəkə hesabında süni intellekt tərəfindən generasiya olunmuş olduqca qeyri-adi və yumoristik videoçarx paylaşıb.

Videoda Tramp həkim qismində çıxış edir. O, apardığı siyasətə qarşı çıxan bütün müxalif rəqiblərinə onun şəxsiyyətinə qarşı yaranan hədsiz asılılıq (Trump Derangement Syndrome – TDS) sindromundan qurtulmaq üçün xüsusi bir müalicə planı təklif edib.

Videoçarx qısa müddətdə milyonlarla baxış toplayaraq sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib.

Tənqidçilər prezidentin bu addımını növbəti özünü tərifləmə və rəqiblərini ələ salmaq cəhdi kimi qiymətləndiriblər. Lakin onun tərəfdarları süni intellektin imkanlarından istifadə edilməklə hazırlanan bu yumoristik çarxı böyük maraqla qarşılayıblar.

Analitiklər bildirirlər ki, bu, Trampın seçkilər ərəfəsində rəqiblərini sarsıtmaq strategiyası çərçivəsində atdığı növbəti addımdır.

Xuraman Etibarlı

İnterpress.az