Monteneqroda serbiyalı avtoritet “Prika”nın qatillərini gizlədən rusiyalı TUTULDU – FOTObackend

Monteneqroda serbiyalı avtoritet “Prika”nın qatillərini gizlədən rusiyalı TUTULDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monteneqroda serbiyalı kriminal avtoritetin qətlində əli olan Rusiya vətəndaşı həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Monteneqroda serbiyalı məşhur kriminal avtoritetin səs-küylü qətlində şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb.

25 yaşlı Nikita Karandaşev qətli törətməkdə şübhəli bilinən Serbiya vətəndaşları – Nikolas Kovaç və Danilo Cekuliçin qaçmasına kömək etməkdə ittiham olunur.

Polisin ehtimalına görə, Karandaşev qatilləri öz şəxsi evində gizlədib. O, bu cinayət işi üzrə dördüncü şübhəli şəxs olub.

Rusiyalının istifadə etdiyi iki obyektdə keçirilən axtarışlar zamanı saxta sənədlər və marixuana aşkarlanıb.

Karandaşevə qarşı cinayətkara kömək etmə, sənədlərin saxtalaşdırılması və qanunsuz narkotik saxlama maddələri ilə iş açılıb.

Kriminal aləmdə “Prika” ləqəbi ilə tanınan avtoritet Darko Veskoviç iyunun 22-də Belqradın Kumodraj rayonundakı kafelərdən birində başından güllələnərək öldürülüb.

O, əvvəllər digər səs-küylü qətldə iştirakçı olsa da, cəzadan yayına bilmişdi.

Xuraman Etibarlı

İnterpress.az