Bu yeni axın Cənubi Koreyada yayılmağa başlayıb və bir çox gənc bunun sayəsində pula pul demir. Canlı yayıma başlamadan saatlar öncə uşaq təqibçilərdən xahiş edir ki, menyulardan birini seçsinlər.
Canlı yayım saatına qədər ac qalan 14 yaşlı uşaq daha sonra izləyicilərinin gözü qarşısında, əsasən daha çox dadmadığı yeməkləri yeyib bitirir. Yemək yediyi müddətdə isə görüntüsünü yayımladığı sayta onu izləyənlərin hər birindən pul alır. Bununla da həm öz qarnını doyurur, həm də pul qazanır.
Bəzi şəxslər isə bu işi artıq şouya çevirməyə başlayıblar. Dünyanın dörd bir yanından onları izləyən şəxsləri dəvət edib, öz hazırladıqları yeməkləri canlı yayımda yedizdirən və bunu izləyicilərə də təqdim edənlərin sayı get-gedə artır. Yayımı hazırlayanların yaşları isə 14-35 arasındadır. (musavat)
İnterpress.az