Tərkib:
500 qr dana əti
200 qr quyruq
4 ədəd yumurta
2 ədəd baş soğan
3 diş sarımsaq
1 ç.q. paprika
2 x.q. zirinc
0,5 st. su
Duz, istiot
Hazırlanması:
Ət öncədən suda bişirilir, çox xırda doğranır.
Yumurta suda qaynadılır.
Quyruq xırdalanıb tavada əridilir.
Üzərinə xırda doğranmış soğan və sarımsaq əlavə edilib qovrulur.
Üzərinə paprika, zirinc, duz, istiot və ət əlavə edilir.
Qarışığın üzərinə 0,5 st. su tökülüb bişirilir.
Yağa düşəndə odun üzərindən götürülür, üzərinə xırda doğranmış yumurta əlavə edilib qarışdırılır.
İnterpress.az