Etiket mütəxəssislərindən MARAQLI ÇAĞIRIŞ: Ofisdə “nuş olsun” demək qadağan edilməlidirbackend

Etiket mütəxəssislərindən MARAQLI ÇAĞIRIŞ: Ofisdə “nuş olsun” demək qadağan edilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Etiket mütəxəssislərinin fikrincə, ofis naharlarında “nuş olsun” ifadəsini qadağan etməyin vaxtıdır.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Etiket üzrə mütəxəssislər ofis şəraitində nahar edən əməkdaşlara “nuş olsun” deməyin qadağan edilməsini təklif ediblər.

Ekspertlərin fikrincə, bu cür “yalançı nəzakət” insanları həm nahardan yayındırır, həm də qıcıqlandırır. Belə ki, yemək yeyən şəxs bu sözə cavab olaraq çeynəməyi dayandırmağa, tələsik “çox sağ olun” deməyə və öz qanuni nahar fasiləsini bölməyə məcbur olur.

Həmçinin iş mühitində başqasının yeməyinə diqqət yetirmək də xoş qarşılanmır.

Mütəxəssislər nahar edən həmkarın yanından keçərkən sadəcə salamlaşmağı, başla salam verməyi və ya ümumiyyətlə heç bir maneə törətmədən sakitcə keçib getməyi tövsiyə edirlər.

Onların qənaətinə görə, bəzən ən böyük nəzakət yemək yeyən şəxsi narahat etmədən sakitcə yanından ötüb keçməkdir.

Xuraman Etibarlı

İnterpress.az