Pasportdakı texniki xəta Tailandda həbslə NƏTİCƏLƏNDİ – DİN təzminat ÖDƏYƏCƏKbackend

Pasportdakı texniki xəta Tailandda həbslə NƏTİCƏLƏNDİ – DİN təzminat ÖDƏYƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin pasport xətasına görə Tailandda həbs olunan qadın təzminat qazanıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın Primorsk diyarı məhkəməsi pasportundakı texniki xəta səbəbindən Tailandda saxlanılan və müvəqqəti təcridxanaya yerləşdirilən qadına kompensasiya ödənilməsi barədə qərar qəbul edib.

Qadın ölkənin Daxili İşlər Nazirliyindən demək olar ki, 300 000 rubl (təxminən 5 850 manat) məbləğində təzminat qazanıb.

Məlumata görə, qadının xarici pasportunun maşınla oxunan hissəsində texniki səhv aşkarlanıb.

Tailandda sərhəd nəzarəti zamanı pasportundakı bu səhv ucbatından sənədi ləğv edilən qadın dərhal müvəqqəti saxlama kamerasına yerləşdirilib.

Onun azyaşlı oğlu isə əlavə ödəniş müqabilində otelə aparılıb.

Məhkəmə dövlət qurumunun buraxdığı səhv nəticəsində vətəndaşa dəyən maddi və mənəvi ziyanın tam şəkildə ödənilməsinə qərar verib.

Xuraman Etibarlı

İnterpress.az