Tərkib:
500 qr sümüksüz balıq
4 ədəd baş soğan
1 dəstə cəfəri və şüyüd
1 ədəd yumurta sarsı
½ st. qaleta unu
1 ədəd rəndələnmiş limon qabığı
1 ç.q. karri
Bitki yağı
Duz, istiot
Hazırlanması:
Balıq, göyərti, soğan doğranır və blenderdən keçirilir.
Qarışığın üzərinə yumurta sarısı, limon qabığı, karri, duz, istiot və qaleta unu əlavə edilib qarışdırılır.
Kütlədən qozdan iri parçalar qopardılıb yastı küftə şəklinə salınır.
Bolluca yağda qızardılıb isti-isti servis edilir.
İnterpress.az