Məşhur bloqer canlı yayımda GÜLLƏLƏNDİ – FOTO/VİDEObackend

Məşhur bloqer canlı yayımda GÜLLƏLƏNDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada narko-baron həyat tərzini təbliğ edən bloqer canlı yayımda killerlər tərəfindən güllələnib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Meksikada qəddar qətl hadisəsi baş verib. “Kick” platformasında canlı yayım açan gənc influenser Sesar Qastelum (Cesar Gastelum) birbaşa efir zamanı naməlum muzdlu qatillər (sikariolar) tərəfindən güllələnərək öldürülüb.

Məlumata görə, gənc bloqer sosial şəbəkələrdə narko-baron olmaq xəyalı quran və bu qeyri-qanuni həyat tərzini təbliğ edən “alucin” üslubunda rəqəmsal kontentlər hazırlayırmış.

Yerli hüquq-mühafizə orqanları və mütəxəssislər bu amansız qətlin narkokartellər arasında baş verən növbəti qanlı hesablaşma ola biləcəyini ehtimal edirlər.

Hadisə anını əks etdirən canlı yayım kadrları sosial şəbəkələrdə sürətlə yayılaraq böyük rezonans doğurub.

Hazırda Meksika polisi hadisəni törədən və ərazidən qaçmağı bacaran killerlərin müəyyənləşdirilərək saxlanılması istiqamətində irimiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Xuraman Etibarlı

İnterpress.аz