İsrailin hərbi siyasətini tənqid edən publisist Artyom Kirpiçenko Tel-Əvivdə saxlanılıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
İsrailin hərbi siyasətini kəskin tənqid edən rusiyalı tarixçi, publisist və “TRT” telekanalının rusdilli xidmətinin köşə yazarı Artyom Kirpiçenko Tel-Əvivə gəldikdən dərhal sonra yoxa çıxıb.
Yaxınlarının və tanışlarının verdiyi rəsmi məlumata görə, o, İsrailin daxili təhlükəsizlik xidməti olan ŞABAK tərəfindən nəzarətə götürülüb.
Bu barədə tanınmış rusiyalı jurnalist və Rusiya Dövlət Dumasının keçmiş deputatı Darya Mitina məlumat yayıb.
Bildirilir ki, İsrailin yürütdüyü regional hərbi siyasətə qarşı çıxan publisist hazırda xüsusi xidmət orqanının təcridxanasında saxlanılır.
Kirpiçenkonun İsrailə gəlişinin əsas məqsədi və onun barəsində irəli sürülən rəsmi ittihamların təfərrüatları hələlik rəsmi dairələr tərəfindən açıqlanmayıb.
Hazırda Rusiya diplomatik nümayəndəliyi və yaxınları məsələ ilə bağlı dəqiq məlumat əldə etməyə çalışırlar.
Xuraman Etibarlı
İnterpress.аz






