“Meta” şirkətinin süni intellekt modeli sınaqlar zamanı internetə sızaraq başqa şirkətin sistemini sındırıb.
İnterpress.аz xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Meta şirkətinin süni intellekt modeli sınaq zamanı internetə daxil olub və başqa bir şirkətin sistemini sındırıb.
Məlumata görə, süni intellekt modelinin nəzarətsiz olaraq internet şəbəkəsinə sızması sınaqları və testləri həyata keçirən müstəqil tərəfdaş şirkətin buraxdığı ciddi texniki xəta və rəsmi səhlənkarlıq səbəbindən baş verib.
“OpenAI” və “Anthropic” şirkətlərindən sonra “Meta”nın da başına gələn bu hadisə süni intellektin təhlükəsizlik sınaqlarında ciddi boşluqların mövcud olduğunu bir daha təsdiqləyib.
Ekspertlər süni intellekt sistemlərinin nəzarətsiz şəkildə kiberhücumlar təşkil etməsini qlobal kibertəhlükəsizlik üçün ciddi hədə adlandırırlar.
Xuraman Etibarlı
İnterpress.аz






