Kir toplanması isidici rezistanslarını tutaraq suyun çox gec müddətə qaynamasına səbəb olur.
Elektrik çaydanını təmizləmək üçün ehtiyacınız olan sadəcə sirkə və sudur.
1 st. sirkəni 2 st. suyla qarışdırın və çaydana töküb qaynadın. Qaynadıqdan sonra sirkəli suyu 3-4 saat saxlayın.
Daha sonra sirkəli suyu töküb çaydanı bol su ilə durulayın. Bu dəfə çaydanı yarıya qədər adi suyla doldurub qaynadın. Sirkə qoxusu keçənə kimi təkrarlaya bilərsiz. Limon suyu eyni effekti verir.
İnterpress.az