İsraildə “Qafqaz mafiyası”nın lideri ÖLDÜRÜLDÜ – VİDEObackend

İsraildə “Qafqaz mafiyası”nın lideri ÖLDÜRÜLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə “Qafqaz mafiyası”nın lideri güllələnərək öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

45 yaşlı Yaniş Yuşvayev İsrailin Kesariya şəhəri yaxınlığındakı yanacaqdoldurma məntəqəsində yerləşən “Agenda” kafesindən çıxarkən silahlı hücuma məruz qalıb.

Polis onu “Qafqaz mafiyası” kimi tanınan cinayətkar qruplaşmanın lideri hesab edirdi.

Məlumata görə, silahlı şəxs Yuşvayevi pusquda gözləyib və yaxın məsafədən ona atəş açıb.

Cinayətkar hadisə yerindən avtomobillə qaçıb. Polis genişmiqyaslı axtarışlara başlayıb.

Yuşvayev 2015-ci ildə də sui-qəsdə məruz qalıb və ağır yaralanıb.

2026-cı ilin fevralında isə Rusiyadan qayıdarkən Ben-Qurion hava limanında saxlanılıb.

İsrail polisi onu rəqiblərinə qarşı hücum hazırlamaqda şübhəli bilib, lakin ona ittiham irəli sürülməyib.

Xuraman Etibarlı

İnterpress.az