Vazkeçməyəcəksən – lobya bozbaşıbackend

Vazkeçməyəcəksən – lobya bozbaşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
500 qr qırmızı lobya
1 ədəd baş soğan
3 diş sarımsaq
2 ədəd pomdior
1 x.q. tomat pastası
3 x.q. zeytun yağı
2 st. su
1 ədəd kəsmə şəkər
1 dəstə cəfəri
Duz, istiot

Hazırlanması:
Qırmızı lobya suda bişirilir.
Rəndələnmiş pomidor, tomat pastası yağda qovrulur.
Qarışığın üzərinə bişmiş lobya, xırdalanmış sarımsaq, bütöv soğan əlavə edilir. Su tökülüb zəif odda bişirilir.
Hazır olana yaxın şorbadan soğan çıxarılır, kəsmə şəkər, duz və istiot qatılır.
Hazır şorbanın üzərinə xırda doğranmış cəfəri səpilib servis edilir.

İnterpress.az