Vazkeçilməyən toyuq salatıbackend

Vazkeçilməyən toyuq salatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
150 qr miks salat
2 diş sarımsaq
4 ədəd toyuq filesi
1 dəstə qırmızı turp
2 ədəd təzə xiyar
½ dəstə tərxun cəfəri
1 ədəd baş soğan
4 x.q. sidr qozu
5 ç.q. limon suyu
Zeytun yağı
4 dilim çörək
Duz, istiot

Sousun hazırlanması:
Tərxun və cəfərini blenderin kasasına yerləşdirilin.
Üzərinə 2 x.q. sidr qozu, 1 ç.q. limon suyu və soğan əlavə edib blenderdən keçirin.
Üzərinə 3 x.q. yağ, duz və istiot qatıb təkrar blenderdən keçirin.
Salatın hazırlanması:

Toyuq filesinə yağ çəkin, duz, istiot səpib 6-8 dəq. şəbəkədə qızardın.
Odun üstündən götürüb folqa ilə bağlayın və 5 dəq. saxlayın.
Çörək dilimlərinə yağ çəkin, əzilmiş sarımsaq , duz və istiot əlavə edin.
Çörəkləri şəbəkədə qızardın.
Miks salatı əllə parçalayıb nimçəyə yerləşdirin, üzərinə doğranmış xiyar və turpu əlavə edib qarışdırın.
Salatın üzərinə doğranmış toyuq filesi yerləşdirin, sous gəzdirin və yerdə qalan sidr qozunu səpib servis edin.

İnterpress.az