İspanaqlı göbələkli  şorbabackend

İspanaqlı göbələkli şorba

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
30 qr xama
2-3 ədəd kartof
1 ədəd limon
2-3 dəstə ispanaq
200 qr göbələk
1 ədəd baş soğan
1 ədəd kök
Zeytun yağı
Duz, istiot

Hazırlanması:
Soğan xırda doğranıb yağda qızardılır.
Üzərinə xırda doğranmış kök, göbələk əlavə edilib qovrulur.
Qarışığın üzərinə su tökülüb qaynadılır.
Qaynayan kütləyə xırda doğranmış kartof əlavə edilir.
Kartof bişənə yaxın şorbaya iri şəkildə doğranmış ispanaq əlavə olunur, limon sıxılır, duz və istiot səpilir.
Hazır şorbanın üzərinə xama qoyulub servis edilir.

İnterpress.az