Dadı bir başqa- Naxçıvanın yay dolmasıbackend

Dadı bir başqa- Naxçıvanın yay dolması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 kq ət (dana və ya quzu)
3 ədə baş soğan
200 qr kərə yağı
250 qr noxud ləpəsi
9-10 ədəd badımcan
Pomidor, bolqar bibəri
Duz, istiot, sarıkök

Hazırlanması:
Ət və noxud ayrı-ayrı suda bişirilir.
Hazır ət soyudulub xırda doğranır.
Soğan xırda doğranıb yağda qovrulur, üzərinə xırdalanmış ət, duz, istiot və sarıkök əlavə edilib qarışdırılır.
Badımcan çərtilir, qaynar duzlu suda pörtlədilir, sıxılıb içi ovulur, duz, istiot səpilir.
Pomidor və bibərin baş hissəsi kəsilir, içərisi təmizlənir (pomidorun içliyinin atmasyın, xırdalayıb tavaya əlavə edin).
Tərəvəzlərin içərisinə ətli içlik doldurulur, tavaya düzülüb, odun üzərində bişirilir.

İnterpress.az