Badımcanlı, noxudlu bulğur plovubackend

Badımcanlı, noxudlu bulğur plovu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
100 qr kərə yağı
2 st. bulğur
1 st. şabalıd
2-3 ədəd rəngli bibər
2 ədəd badımcan
1 x.q. quş üzümü
1 st. bişirilmiş noxud
4 st. qaynar su
duz, istiot

Hazırlanması:

Badımcan xırda dördkünc şəkilində doğranır, üzərinə duz səpilib 15 dəq. saxlanır. Kərə yağında qızardılır.
Ayrıca yağda bulruq qovrulur. Üzərinə suda pörtlədilmiş qabığı təmizlənmiş şabalıd və uzunsov doğranmış bibər əlavə edilib bişirilir.
Qarışığa ədviyyatlar, quş üzümü, noxud, duz, istiot və isti suyu əlavə edilib zəif odda suyu tam çəkilənə qədər bişirilir.
Hazır yeməyin üzərinə qızardılmış badımcan və xırda doğranmış şüyüd əlavə olunub qarışdırılır.

İnterpress.az