Yaponiya kiberdələduzluqla əlaqəli olduğu iddia edilən Rusiya vətəndaşını Almaniyaya təhvil verib.
İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.
Yaponiya kiberdələduzluqla əlaqəli olduğu iddia edilən Rusiya vətəndaşını saxlayaraq Almaniyaya təhvil verib.
Onun beynəlxalq kiberdələduzluq qrupu “Qilin”in əsas üzvlərindən biri olduğu iddia edilir.
Məlumata görə, qrup daha əvvəl “Asahi Group”a qarşı kiberhücuma görə məsuliyyəti üzərinə götürüb.
Hücum nəticəsində 2 milyondan çox məxfi məlumat vahidinin sızdığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






