Tərkib:
1 kq təzə lobya
3 ədəd közlənmiş bibər
1 kasa qarğıdalı dənələri
1 dəstə cəfəri və təzə nanə
Zeytun yağı
1 ədəd limon (suyu)
0, 5 st su
Duz
Hazırlanması:
Lobya yuyulur, eninə doğranır, üzərinə su və yağ əlavə edilir.
Duz səpilib zəif odda bişirilir.
Kasaya əlavə edilib, üzərinə xırda doğranmış göyərti, bibər, qarğıdalı dənələri əlavə olunur.
Salatın üzərinə limon sıxılıb servis edilir.
İnterpress.az