Tərkib:
3 ədəd orta boy kartof
3 ədəd holland pendiri
3-4 x.q. kərə yağı
1 ədəd duzlu xiyar
2- 3 x.q. qarğıdalı dənələri
1-2 x.q. göy noxud
2 dəstə cəfəri
3-4 x.q. mayonez
Duz, istiot
Hazırlanması:
Kartof yuyulub 5-10 dəq. mikrodalğalı sobaya yerləşdirilir.
Kartofun ortası bıçaqla kəsilib, içi ovulur.
Ovulmuş kartofun üzərinə göy noxud, qarğıdalı dənələri, rəndələnmiş pendir, kərə yağı, xırda doğranmış cəfəri, duzlu xiyar, mayonez əlavə olunur, duz, istiot səpilib qarışdırılır.
Kartoflu içlik təkrar kartofun içərisinə doldurulub 5 dəq. sobaya yerləşdirilir.
Kumpir isti-isti servis edilir.
İnterpress.az