Gözümüz göbələk dolması ilə bayram etsinbackend

Gözümüz göbələk dolması ilə bayram etsin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
4-5 ədəd böyük ölçüdə göbələk
1 ədəd baş soğan
2 ədəd kartof
2 dədə kök
2 ədəd bibər
1 st. göy noxud
4 x.q. bitki yağı
100 qr “mozzarella” pendiri
Duz, istiot, pul bibər

Hazırlanması:
Göbələk yuyulur və qurudulur, quyruq hissəsi kəsilir.
Formaya düzülüb 20 dəq. bişirilir.
Soğan xırda doğranıb yağda qızardılır, üzərinə kvadrat şəklində doğranmış kartof, kök və göy noxud əlavə edilib qovrulur.
Qarışığa duz, istiot və pul bibər səpilib odun üzərindən götürülür.
Göbələk sobadan çıxarılır, suyu süzülür, içərisinə duz və istiot səpilir.
Göbələk formaya düzülür, içərisinə içlik doldurulur, yerdə qalan içlik ətrafına yerləşdirilir.
Göbələkıərin üzərinə rəndələnmiş pendir səpilib sobada, pendir əriyənəcən bişirilir.

İnterpress.az