Tərkib:
1 dəstə pərpətöyün
1 dəstə şüyüd
1 kasa süzmə qatıq
1 diş sarımsaq
1 st. bişmiş noxud
1 ədəd baş soğan
1 x.q. bitki yağı
1 x.q. bibər pastası
Duz, nanə qurusu və kəklikotu
Hazırlanması:
Soğan xırda doğranıb yağda qızardılır.
Üzərinə bibər pastası əlavə edilib qovrulur.
Qarışığa noxud, duz, nanə qurusu, kəklikotu səpilib qarışdırılır.
Xırda doğranmış pəlpətöyün, şüyüd kasaya əlavə olunur.
Üzərinə sarımsaqlı qatıq əlavə edilib qarışdırılır.
Salatın üzərinə noxudlu qarışıq yerləşdirilib servis edilir.
İnterpress.az