ABŞ-də edamdan sağ çıxan qadının həbsxanadan yardım çağırışı zarafat hesab edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “New York Post” (NYP) nəşri məlumat yayıb.
ABŞ-nin Tennessi ştatındakı həbsxanadan edam prosedurundan sağ çıxan Krista Payk üçün edilən tibbi yardım çağırışı 911 xidmətinin dispetçeri tərəfindən əvvəlcə zarafat hesab edilib.
Məlumata görə, zəngdən bir neçə dəqiqə sonra dispetçer çağırışın saxta olduğunu bildirib və həbsxanada tibbi yardıma ehtiyac olmadığını deyib.
Çağırışın həqiqiliyini təsdiqləmək isə yalnız 31 dəqiqə sonra mümkün olub.
Xuraman Etibarlı
İnterpress.az






