Tərkib:
4 ədəd badımcan (közlənmiş, qabıqları soyulmuş)
4 st. toyuq suyu
2 diş sarımsaq
1 ç.q. qırmızı istiot
4 ədəd kiçik soğan
1 x.q. kərə yağı
¼ dəstə cəfəri
Duz, istiot
Hazırlanması:
Soğan və sarımsaq xırda doğranıb yağda qızardılır. Üzərinə közlənmiş badımcan əlavə edilib qovrulur.
Üzərinə qırmızı istiot, duz, qara istiot əlavə edilib toyuq suyu tökülür.
Şorba zəif odda 7-10 dəq.bişirilir.
Hazır şorba blenderdən keçirilir, üzərinə xırda doğranmış cəfəri səpilib kasaya tökülür.
Şorbanın üzərinə, kərə yağı ilə qarışdırılmış qırmızı istiot gəzdirilib servis edilir.
İnterpress.az