Tərkib:
2 x.q. kərə yağı
1 st. su
1 st. qarğıdalı unu
1 ç.q. duz
200 qr holland pendiri
Hazırlanması:
Tavaya kərə yağını əlavə edib əridin.
Üzərinə su töküb qarışdırın.
Üzərinə unu və duzu əlavə edib dayanmadan qarışdırın.
Qarışıq bərkiyəndən sonra üzərinə dilimlənmiş pendiri əlavə edin.
Pendir əriyəndən sonra 5-10 dəq. dəmə qoyun.
İnterpress.az