Polşa vətəndaşı Kurş körpüsündə Litva ilə Rusiya arasındakı sərhədi pozub.
İnterpress.az xəbər verir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Mühafizə Xidməti məlumat yayıb.
Polşa vətəndaşı Kurş dili ərazisində Litva ilə Rusiyanın Kalininqrad vilayəti arasındakı dövlət sərhədini qanunsuz keçib.
Məlumata görə, kişi qum təpələri ilə hərəkət etdikdən sonra dəniz sahilinə enib, sərhədi keçərək Rusiya ərazisinin içərilərinə doğru irəliləyib.
Qurumun bildirdiyinə görə, bu cür hallar olduqca nadir baş verir.
Əvvəlki oxşar hadisə 2018-ci ildə qeydə alınıb. Həm qum təpələrində, həm də dəniz sahilində sərhədə yaxınlaşmaq barədə xəbərdarlıq edən nişanlar quraşdırılıb.
Xuraman Etibarlı
İnterpress.az






