Türkiyədə üç uşaq atası maddi çətinliklər səbəbindən intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Zonquldak şəhərində 51 yaşlı, üç uşaq atası və təqaüddə olan polis əməkdaşı Bakşın Pekmen həyatını itirib.
Məlumata görə, o, oktyabrın 20-də evdən çıxarkən məktub qoyub. Məktubda “Uşaqlarıma lazımi qaydada baxa bilmədim” sözlərini yazıb.
Oktyabrın 21-də onun meyiti atasının məzarı yaxınlığında tapılıb.

Xuraman Etibarlı
İnterpress.az






