Kişi siqaret kötüyü ilə evi YANDIRDI: Beş nəfər ÖLDÜ – VİDEObackend

Kişi siqaret kötüyü ilə evi YANDIRDI: Beş nəfər ÖLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada kişi kirayəçiyə qarşı kin üzündən siqaret kötüyü ilə evi yandırıb və beş nəfəri öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Arxangelsk vilayətinin Karqopol şəhərində baş verən yanğın nəticəsində beş nəfər həyatını itirib.

Hadisənin 46 yaşlı kişinin qəsdən törətdiyi ehtimal olunur.

Məlumata görə, oktyabrın 28-nə keçən gecə sərxoş vəziyyətdə olan kişi 61 yaşlı sakin və ailəsinə qarşı şəxsi ədavət zəminində anbar otağının qapısındakı boşluğa yanan siqaret kötüyü atıb. Nəticədə taxta ev tamamilə yanaraq külə dönüb.

Evdə yaşayan digər sakinlər xilas ola biliblər. Şübhəli şəxs saxlanılıb və təqsirini qismən etiraf edib.

Hadisə ilə bağlı beş nəfərin qətli və daha altı nəfərin həyatına sui-qəsd cəhdi maddələri üzrə cinayət işi başlanıb.

Xuraman Etibarlı

İnterpress.az