İndoneziyada ölən yaxınlarını məzardan çıxarıb onlarla şəkil çəkdirmə ritualı keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
İndoneziyanın Sulavesi adasında yaşayan toraca xalqı bir neçə ildən bir dünyasını dəyişmiş yaxınlarının mumiyalanmış cəsədlərini məzarlardan çıxararaq xüsusi mərasim keçirir.
“Ma’nene” adlanan ənənə çərçivəsində mərhumların cəsədləri təmizlənir, onlara təzə geyimlər geyindirilir.
Ailə üzvləri ölən yaxınları ilə bir araya gəlir, xatirələrini yad edir və onlarla şəkil çəkdirirlər.
Mərasim başa çatdıqdan sonra cəsədlər yenidən dəfn yerlərinə qaytarılır.
Bu ritual toraca xalqının dünyasını dəyişən yaxınlarına ehtiramının ifadəsi hesab olunur. Eyni zamanda, ailə üzvlərinin bir araya gəlməsi üçün xüsusi fürsət yaradır.
Xuraman Etibarlı
İnterpress.az






