Madonna və Şahzadə Diananın saç ustası DÜNYASINI DƏYİŞDİbackend

Madonna və Şahzadə Diananın saç ustası DÜNYASINI DƏYİŞDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur saç ustası Con Frida 75 yaşında vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə noyabrın 3-də “Daily Mail” nəşri məlumat yayıb.

Məlumata görə, Con Frida həyatının son anlarında ailə üzvlərinin və ən yaxınlarının əhatəsində olub.

O, ilk bərbər salonunu 1976-cı ildə Londonda açıb. Uzun illər ərzində şahzadə Diana, Jaklin Kennedi, Pol Makkartni, Madonna, Nikol Kidman və Qvinet Peltrou kimi məşhurlarla çalışıb.

1988-ci ildə öz adını daşıyan saç kosmetikası brendini yaradıb. 14 il sonra brend Yaponiyanın “Kao” korporasiyası tərəfindən satın alınıb.

2025-ci ildə Con Frida Böyük Britaniyanın ən varlı beş gözəllik sənayesi nümayəndəsindən biri olub.

Xuraman Etibarlı

İnterpress.az