İtaliyalı məşhur rejissor Tinto Brass vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.
Məlumata görə, rejissor bu gün səhər saat 10:30 radələrində Romada dünyasını dəyişib.
Onun vəfatı barədə həyat yoldaşı Katerina Varsi və övladları Bonifatsio və Beatriçe məlumat veriblər.
Bildirilib ki, rejissorun dəfn mərasimi qapalı keçiriləcək. Son aylarda onun səhhətinin ağır olduğu həyat yoldaşı tərəfindən dəfələrlə açıqlanıb.
Xuraman Etibarlı
İnterpress.az






