Kiyevdə özünü tibb işçisi kimi təqdim edən qadın məhkəmə qarşısına ÇIXARILDIbackend

Kiyevdə özünü tibb işçisi kimi təqdim edən qadın məhkəmə qarşısına ÇIXARILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdə özünü təcili tibbi yardım əməkdaşı kimi təqdim edən qadın barəsində həbs qətimkan tədbiri seçilir.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Valentina Molodaya adlı qadın Kiyev yaxınlığında Milli Qvardiyanın hərbi obyektinin yerləşdiyi ərazidə təcili tibbi yardım avtomobili ilə gələrək qalmaqal yaradıb və hərbçilərin qarşısında diz çöküb.

Prokurorluğun versiyasına görə, qadın əvvəlcədən təcili tibbi yardım avtomobili hazırlayıb, hərbçiləri təxribata çəkib, digər şəxsləri də əraziyə gəlməyə çağırıb və hərbi obyektin yerləşdiyi yeri açıqlayıb.

O, hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətinə mane olmaqda və hərbi obyektin yerini yaymaqda şübhəli bilinir.

Xuraman Etibarlı

İnterpress.az