Avropol 5 serbiyalını beynəlxalq AXTARIŞA VERDİbackend

Avropol 5 serbiyalını beynəlxalq AXTARIŞA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada 40 milyon avroluq zinət əşyalarının oğurlanmasında şübhəli bilinən 5 serbiyalı axtarışa verilib.

İnterpress.az xəbər verir ki, bu barədə Avropol məlumat yayıb.

Avropol Niderlandın Maastrixt şəhərində keçirilən TEFAF beynəlxalq incəsənət sərgisində zərgərlik pavilyonunun qarətində şübhəli bilinən 41 yaşlı Serbiya vətəndaşı Ninoslava Yoviçi axtarışa verib.

Oğurlanan zinət əşyalarının dəyəri təxminən 40 milyon avro (təxminən 78 milyon manat) təşkil edir.

Şübhəlinin saxlanılmasına kömək edəcək məlumat üçün 20 min avro (təxminən 39 min manat) mükafat təyin edilib.

Hadisə 2022-ci il iyunun 28-də baş verib. Kostyum və papaq geyinmiş dörd silahlı şəxs zərgərlik stendinin vitrinlərini sındıraraq cəmi iki dəqiqə ərzində qiymətli əşyaları oğurlayıb.

Onlar daha sonra elektrik skuterləri ilə hadisə yerindən qaçıblar.

Yoviçlə yanaşı, Aleksandr Stoilkov, Aleksandr Tsenic, Duşko Dimitriyeviç və Bratislav Stoyanoviç adlı dörd Serbiya vətəndaşı da axtarışa verilib.

İstintaqçılar onların silahlı və təhlükəli ola biləcəklərini, həmçinin saxta adlarla səyahət edə biləcəklərini bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az