Yola çıxan qaban faciəyə SƏBƏB OLDU: 36 yaşlı motosikletçi ÖLDÜ – VİDEObackend

Yola çıxan qaban faciəyə SƏBƏB OLDU: 36 yaşlı motosikletçi ÖLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda qabanın yola çıxması motosikletçinin ölümü ilə nəticələnib.

İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Hindistanın Qucarat ştatının Amreli şəhəri ətrafında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəfil yola qaçan çöl donuzunun qarşısına çıxması nəticəsində idarəetməni itirən 36 yaşlı motosikletçi qəzaya uğrayıb.

Zərbənin təsirindən ağır xəsarətlər alan sürücü həkim briqadası hadisə yerinə çatana qədər dünyasını dəyişib.

Qəzaya səbəb olan vəhşi heyvan isə sürətlə hadisə yerindən qaçaraq gözdən itib.

Faciəvi anların təhlükəsizlik kamerası tərəfindən qeydə alındığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az