Pedaqoji universitetin dekanı qanunsuz miqrasiya sxeminə görə HƏBS OLUNDU – FOTObackend

Pedaqoji universitetin dekanı qanunsuz miqrasiya sxeminə görə HƏBS OLUNDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samara universitetinin dekanı qanunsuz miqrasiya təşkil etdiyinə görə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Tatarıstanda Samara Dövlət Pedaqoji Universitetinin fakültə dekanı İvan Kazantsev qanunsuz miqrasiyanın təşkili və rüşvətxorluq ittihamı ilə saxlanılıb.

Əməliyyat tədbirləri çərçivəsində dekanla yanaşı daha dörd nəfər cinayət ortağı qismində saxlanılaraq istintaqa cəlb olunub.

İstintaqın versiyasına görə, dekan rüşvət qarşılığında əcnəbi tələbələrin akademik borclarını bağlayır və onları qanunsuz olaraq fakültəyə qəbul edirmiş. Bu saxtakarlıq xarici vətəndaşlara təhsil vizalarını uzatmağa və Rusiyada qalmağa imkan verirdi.

Kazantsev, həmçinin Mərkəzi Asiyadan gələn şəxsləri universitet yataqxanasında və özünə məxsus şəxsi daşınmaz əmlaklarda saxta qeydiyyata alıb.

Tələbə kimi sənədləşdirilən şəxslər əslində dərslərdə iştirak etməyib, Samaranın müxtəlif müəssisələrində qeyri-qanuni işləyiblər.

Faktla bağlı istintaq davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az