Türkiyədə tirdə intihara cəhd edən şəxsi döyərək xilas ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyədə atıcılıq tirinə gələn şəxs atəş açmaq bəhanəsi ilə götürdüyü tapançanı qəfildən özünə tuşlayaraq intihara cəhd edib.
Təhlükəni dərhal anlayan təlimatçılar cəld davranaraq özünü öldürmək istəyən müştərinin üzərinə atılıblar.
Silahı onun əlindən almaq üçün müdaxilə edən işçilərdən biri atəşin açılmasının qarşısını almaq məqsədilə həmin şəxsin başına ard-arda zərbələr endirib.
Təlimatçıların operativ və qətiyyətli müdaxiləsi nəticəsində tapança ələ keçirilib və mümkün faciənin qarşısı alınıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






