Moskvada dağ-xizək kompleksində güclü yanğın baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskvanın Krılatskoye rayonunda yerləşən “Lata Trek” dağ-xizək kompleksinin ərazisində güclü yanğın qeydə alınıb.
Hadisə idman ləvazimatlarının saxlanıldığı anbarda başlayıb, daha sonra alov sürətlə iki mərtəbəli inzibati binaya keçib.
Məlumata əsasən, yanğının sahəsi 1 700 kvadratmetrə qədər genişlənib və güclü temperatur nəticəsində binanın dam örtüyü çöküb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin çoxsaylı yanğınsöndürmə briqadaları və xüsusi texnikası cəlb olunub.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az






