İordaniyadan sonra İraq da “Telegram”ı BAĞLADIbackend

İordaniyadan sonra İraq da “Telegram”ı BAĞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordaniyadan sonra İraqda da “Telegram”ın fəaliyyəti bloklanıb.

İnterpress.az xəbər verir ki, bu barədə INA agentliyi məlumat yayıb.

İordaniyanın ardınca İraqda da populyar messencer olan “Telegram”a giriş rəsmi olaraq bloklanıb.

Ölkə səlahiyyətliləri tətbiqin fəaliyyətinə məhdudiyyət qoyulduğunu açıqlayıblar.

Məlumata görə, İraq hökuməti müəyyən edilmiş pozuntuların və təhlükəsizlik tələblərinin tam aradan qaldırılması üçün messencer rəhbərliyinə 30 gün möhlət verib.

Tələblər yerinə yetirilməyəcəyi təqdirdə qadağanın davam edəcəyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az