Səhvən cavabları paylaşdığı barədə müəllimə xəbərdarlıq edən məktəbli DÖYÜLDÜbackend

Səhvən cavabları paylaşdığı barədə müəllimə xəbərdarlıq edən məktəbli DÖYÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəllim cavabları dediyi üçün sinif yoldaşları 13 yaşlı məktəblini döyüblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvanın Zelenoqrad şəhərində müəllimə səhvini xatırladan 13 yaşlı məktəbli sinif yoldaşlarının fiziki zorakılığına məruz qalıb.

İmtahan zamanı müəllim təsadüfən arxa tərəfində hazır cavabları olan yoxlama yazılarını şagirdlərə paylayıb, lakin 13 yaşlı oğlan bu səhvi gizlətməyərək dərhal müəllimə xəbər verib.

Şagirdin xəbərdarlığından sonra müəllimə bütün vərəqləri toplayaraq sinfə yeni tapşırıqlar təqdim edib. Hazır cavabların əllərindən çıxmasına qəzəblənən sinif yoldaşları zəng vurulduqdan sonra məktəbin dəhlizində həmin oğlana hücum edərək onu amansızlıqla döyüblər. Döş qəfəsinin əzilməsi xəsarəti alan yeniyetmə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az